Orta şərq » "Qələbəmiz Rəfsəncanidən asılıdır"

İranın qarşıdakı prezident seçkilərində islahatçıların ümid etdiyi şəxs yalnız Haşimi Rəfsəncanidir

 

SalamNews–un “Mehrnews”a istinadla verdiyi xəbərə görə, bunu Tehran Universitetinin professoru və islahatçıların əsas fəallarından olan Sadiq Zibakəlam bildirib. O, sabiq prezident Haşimi Rəfsəncaninin ölkədə həm islahatçılar, həm də mühafizəkarlar cəbhəsində nüfuz sahibi olduğunu deyib. S.Zibakəlamın sözlərinə görə, onların qələbəsi yalnız Haşimi Rəfsəncanidən asılıdır, buna görə də bütün islahatçılar onun ətrafında birləşməlidirlər.

O, islahatçıların hazırki vəziyyətinin qeyri-mütəşəkkil olduğunu bildirib və deyib ki, təəssüflər olsun ki, seçkilərin başlamasına iki ay qaldığı bir vaxtda islahatçılar seçkilərdə iştirak edəcəklərini belə dəqiqləşdirməyiblər.

Ekspertlərin fikrincə, İran islahatçılarını daha çox narahat edən məqam namizədliyi irəli sürülən şəxslərin səlahiyyətlərinin Nəzarət Şurası tərəfindən məqbul sayılmamasıdır. Amma iki sabiq prezident -Haşimi Rəfsəncani və Məhəmməd Xatəmi istisna edilir. Ona görə də bir çox islahatçılar seçkilərdə bu şəxslər vasitəsilə qələbə qazanacaqlarını düşünürlər

 

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!