Təmas xəttində atışma olub
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, mayor Teymur Abdullayev Trend-ə bildirib ki, bu gün cəbhə bölgəsində, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş vermiş atışma nəticəsində Azərbaycan ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu Mehman Sadıqov düşmən gülləsinə tuş gələrək şəhid olub.
Qeyd edək ki, atışma günorta saatlarında baş verib. Düşmən cavab atəşi ilə susdurulub. Hərbi mənbələrdən əldə etidiymiz məlumata əsasən, baş vermiş atışma nəticəsində ermənilər itki verərək geri çəkilməyə məcbur olublar.