Azərbaycan və MDB » QMİ Çeçenistan liderinin müdafiəsinə qalxdı

“Görünür Qafqazdakı sabitlik müəyyən qüvvələrin marağında deyil”

“Rusiya Müftilər Şurası sədrinin I müavini Damir Muxetdinovun RF-nin Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun ünvanına səsləndirdiyi yersiz bəyanatlar Qafqaz müsəlmanlarını qəzəbləndirib. Region müsəlmanlarının iradəsini ifadə edən Qafqaz Müsəlmanları İdarəsi Çeçenistan Respublikasının sosial-iqtisadi və mənəvi dirçəlişi işinə böyük töhfə vermiş Ramzan Kadırov kimi dövlət xadiminin ünvanına bu cür bəyanatların səsləndirilməsinin yolverilməz olduğunu bəyan edir”. Bu sözlər Qafqaz Müsəlmanları İdarəsinin bəyanatında yer alıb. Bəyanatda qeyd olunub ki, Damir Muxetdinov kimi insanlar öz hərəkətləri və ədalətsiz iddiaları ilə Allah naminə görülən işlərə kölgə salır- "anspress" xəbər verir. 

“Son zamanlar istər Rusiya, istər də postsovet məkanında milli və dini zəmində süni problemlərin baş qaldırması məqsədi daşıyan tendensiya müşahidə edirik. Bunun kənardan və konkret məqsədlə edildiyi danılmaz faktdır. Psevdomillətçilik, separatçılıq və məzhəblərarası parçalanma təkcə Rusiya üçün deyil, həmçinin digər regionlar üçün real təhlükədir. Bütün bunları dünya İraq, Misir, Bəhreyn, Livan, Suriya və digər yerlərdə görüb və görməkdə davam edir. Görünür ki, ölkənin siyasi rəhbərliyinin səyləri nəticəsində Rusiyada, o cümlədən Qafqazda təmin edilən sabitlik müəyyən qüvvələrin marağında deyil. Millətlərası və dinlərarası anlaşma – sülh və xalqlarımızın sabit inkişafının təminatıdır. Rusiya dövləti bütün vətəndaşlarının dini ehtiyaclarının ödənilməsi üçün gözəl şərait yaradıb. Ramzan Kadırovun rəhbərlik etdiyi Çeçenistan Respublikası bunun bariz nümunəsidir. Cəmiyyətlərimizdə hörmət sahibi olan şəxslərin ləkələnməsi onları doğru yoldan dönmələrinə məcbur etmək, separatçılığın alovlandırılması və xalqlarımız arasında nifaq salınması cəhdidir. Bütün bunlar bir-birilə əlaqəlidir”, - deyə bəyanatda vurğulanıb.

Qafqaz Müsəlmanları İdarəsi Damir Muxetdinovun bəyanatını siyasi xadimin məqsədli şəkildə ləkələnməsi kimi dəyərləndirir və qətiyyələ pisləyir. Qurum hesab edir ki, bu cür addımların qarşısı qanun çərçivəsində alınmalıdır.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!