Orta şərq » İmam Xomeyninin Əsərlərini Tənzimləmə və Nəşr etmə Müəssisəsinin Ən Çox Satılan Əsəri İmamın Divanıdır
İmam Xomeyninin Əsərlərini Tənzimləmə və Nəşr etmə Müəssisəsinə aid İmam Xomeyninin Divanı və cəmi 3 cilddən ibarət olan "Sadiq Təbatəbainin Xatirələri" Tehran Kitab Sərgisində ilk iki gün boyunca ən çox satılan əsər olmuşdur. 

İran Quran Xəbər Agentliyinin Kitab Sərgisi Stadionundan bildirdiyi xəbərə İmam Xomeyninin (r.ə) Əsərlərini Tənzimləmə və Nəşr etmə Müəssisəsi tərəfindən nəşr olunan bu iki kitab Tehran Kitab Sərgisində ilk iki gün boyunca 550 nüsxə satışıyla ən çox tərəfdarı olan və satılan kitab olmuşdur. 


"İmam Xomeyninin (r.ə) Divanı" qəzəllər, rübailər, seçmələr və İmam Xomeyninin (r.ə) irfani qəsidələrindən meydana gəlməkdədir. Bu kitab, Tehran Kitab Sərgisində, İmam Xomeyninin (r.ə) Əsərlərini Tənzimləmə və Nəşr etmə Müssəsəsi hissəsində müştərilərə təqdim edilməkdədir. 


Cəmi üç cilddən ibarət olan Sadiq Təbatəbainin Xatirələri adlı əsəri isə "İran şagirdləri müqaviməti" "Livan, İmam Sadr və Fələstin İnqilabı" və "İran İslam İnqilabının Şəkillənməsi" başlıqlarını daşıyan və cəmi üç cilddən ibarət olan Sadiq Təbatəbainin Xatirələri adlı əsəri də eyni şəkildə bu müəssisə tərəfindən müştərilərə təqdim edilməkdədir.

313NEWS.NET

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!