Analitika və müsahibə » Z.Əlizadə: Ermənistan Azərbaycanla İranın arasını vurmağa çalışır

Ermənistanın məqsədi Azərbaycanla İranın arasını vurmaqdır.

Bunu SalamNews-a politoloq Zərdüşt Əlizadə Ermənistan tərəfinin Dağlıq Qarabağ (DQ) münaqişəsində İranın yardımından istifadə etməsi ilə bağlı yayılan məlumatları şərh edərkən deyib.

Onun fikrincə, Qarabağ müharibəsində İran Ermənistana yardım göstərməyib. Ermənistanın burada məqsədi İran-Azərbaycan münasibətlərinə kölgə salmaqdır.

O bildirib ki, həmin vaxtlar baş verən prosesləri çox yaxından izləyirdim. Müəyyən səbəblərdən başqa ölkələrdən sonra gec də olsa, İran Azərbaycanın müstəqilliyini tanıdı: “1992-ci ilin əvvəlindən İran Azərbaycana Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçiliyini və hərbi quruculuqda əməkdaşlıq təkif etdi. İran DQ müharibəsi zamanı Azərbaycana silah, canlı qüvvə göndərdi. Mən şəxsən Dağlıq Qarabağ müharibəsi zamanı bir qrup İran azərbaycanlılarını ölkəmizin ərazi bütövlüyü uğrunda müharibədə iştirakının şahidi olmuşam. Amma o vaxtlar bunu heç kəs görmürdü. Yerindən duran hər kəs özünü prezident elan edirdi.”

Z.Əlizadə söyləyib ki, İran o vaxtlar Azərbaycanla dostluq etmək istəyirdi. Amma o vaxt Prezident Əbülfəz Elçibəy dedi ki, Azərbaycan İranla dostluq etmək istəmir. İran gördü ki, Azərbaycan hakimiyyəti onlara düşmənçilik mövqeyi tutur, məcbur olub Ermənistanla dostluq əlaqələri qurdu. Bir sözlə, münasibətlərin pisləşməsi təşəbbüsü İranın yox, Azərbaycanın o vaxtkı rəhbərliyindən gəldi.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!