İctimai Palatanın 10 dekabrda keçirdiyi aksiyada saxlanılanlardan 30 nəfərə yaxını avtobusla şəhər kənarına aparılaraq buraxılıb
Başqa saxlanılanlar isə Nəsimi, Səbail və Yasamal rayon polis idarələrinə aparılıblar. Bu barədə azadliq.info-ya AXCP-dən xəbər verilib. Nəsimi və Səbail RPİ-nə 32, Yasamal RPİ-nə isə 16 aksiyaçı aparılıb. Saxlanılanların hamısı axşam saatlarında sərbəst buraxılıblar. Onlardan bir qismi cərimə olunub, bir qisminə isə xəbərdarlıq edilib. AXCP sədrinin müşaviri Məmməd İbrahimdən aldığımız xəbərə görə, o və başqa 15 nəfər Yasamal RPİ-də saxlanıblar. Onlardan 11 nəfəri AXCP, 5-i isə Müsavat üzvü olub. Saxlanılanlardan 3 nəfər - Elşən Ağayev, Elçin Şükürlü və İltifat Mehdiyev 11 manat cərimə olunaraq, qalanları isə xəbərdar edilərək sərbəst buraxılıblar. Nəsimi PRİ-də saxlanılanların da əksəriyyəti cırimə olunub. Bu barədə həmin idarədə saxlanılan AXCP sədrinin müavini Asəf Quliyevdən öyrənə bilmişik. Səbail RPİ-də saxlanılan AXCP sədrinin digər müavini Fuad Qəhrəmanlının bildirdiyinə görə, oradakı aksiyaçıların əksəriyyəti cərimələnib. Həmin idarədə Qəhrəmanlı ilə yanaşı AXCP sədrinin müavinlərindən daha biri - Gözəl Bayramlı da saxlanılıb. /islamazeri/