İnsanın azadlığı o vaxt haqq olur ki, batilin qarşısında dayanır...
"İslamazeri"nin-ın İRİB-ə istinadən verdiyi xəbərə görə, İran İslam İnqilabının Ali Dini Lideri Ayətullah Xamenei İranın dini elmlər hövzələri və universitetlərinin müəllimləri, alimlər və ziyalıları ilə görüşüb. Görüş zamanı o “azadlıq məfhumu”nun fəlsəfəsi haqda danışıb: “Liberalist düşüncələrdə azadlığın mənşəyi insana önəm vermək yaxud humanizm təfəkkürüdür. Halbuki İslam dinində azadlığın əsası Allah Təalaya inam və tağutun inkarı ilə bərabər olan tovhiddir(təkallahlılıq)”.
Ayətullah Xamenei İslam dinində insani kəramət olan azadlığın əsas binovrələrindən olduğunu bildirərək, İslami mənbələrdə “Quranda haqq”, “fiqh və hüquqda haqq” , “vəzifə və məsuliyyət” və “dəyərlər quruluşu” üzrə 4 baxışdan azadlıq mövzusunun ortaya atılmasına işarə edərək deyib: “ Haqq Quran Kərimdə nizamlı və hədəfli məcmuə mənasındadır k, buna əsasən təkvini və təşrii aləminin hər ikisi haqdır. İnsanın azadlığı o vaxt haqq olur ki, batilin qarşısında dayanır”.
Azadlığın fiqh və şəriət baxımından vəzifə olduğunu önə çəkən Ayətullah Xameneyi deyib: “İnsan özü və başqalarının azadlığı üçün çalşmalıdır”.
Çıxışının digər hissəsində Ayətullah Xameneyi Qərbin nəzərindəki azadlığa da işarə edib: “Qərb ictimaiyyətində çox pis, acı, çirkin və bəzi hallarda nifrət yaradan dildə azadlıqlar mövcuddur ki, onların nəticəsi də ayrı seçkilik, zorakılıq, müharibəpərəstlik habelə insan haqları və demokratiya kimi şərafətli mövzulara zidd olur. Bu qədər təəssüfləndirici həqiqətlərə rəğmən azadlıq bəhsi haqda araşdırma üçün Qərb mütəfəkkirlərinin nəzərlərinə müraciət etmək faydasızdır”.