Azərbaycan və MDB » Hacı Cavid məhbəsdən onu müdafiə edənləri salamlayıb və minnətdarlığını ifadə edib

Ruhani Hacı Cavidin vəkilləri Kürdəxanı təcridxanasında onunla görüşüb

Ruhanin hər iki vəkili, Cavad Cavadov və Bəxtiyar Hacıyev görüşdə iştirak edib. Vəkillərin "Deyerler"ə verdiyi məlumata əsasən, Hacı Cavidin səhhətində ciddi narahatlıqlar yaranıb. "Həkim nəzarətinə götürülüb. Əhval-ruhiyyəsi normaldır. Hamıya salamları var və onu müdafiə edən bütün media qurumlarına da minnətdarlığını bildirir", - deyə görüşdə iştirak etmiş vəkili saytımıza bildirib.

Görüş zamanı Hacı Cavid bir daha bildirib ki, heç bir günahı yoxdur.  

Səhhəti ilə əlaqədar Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülməsi ehtimalı ilə əlaqədar vəkillər bildirir ki, əgər müvəkkilləri tibbi pəhriz saxlamasa, problem kifayət qədər ciddidir və fəsadları çox ağır ola bilər. "Narahatlığı mədəsilə bağlıdır. Belə vəziyyətdə o, nəinki müalicə müəssisəsində saxlanmalıdır, onun həbs şəraitində qalması özü düzgün deyil. Hazırda biz bu prosesin rəsmiləşdirilməsilə məşğuluq. Bütün bu deyilənlər rəsmi sənədlə təsdiq ediləcək", - deyə ruhaninin vəkilləri bildirib.  

Qeyd edək ki, Hacı Cavid barəsində seçilmiş 2 aylıq həbs-qətimkan tədbiri ilə əlaqədar sənədlər Avropa Məhkəməsinə yaxın günlərdə göndəriləcək. Məhkəmə qərarının sürəti alınan kimi dərhal sonra Hacı Cavidin barəsindəki işlə bağlı müraciət Avropa Məhkəməsinə göndəriləcək.   

Xatırladaq ki, ruhani Hacı Cavid Məmmədov barəsində Cinayət Məcəlləsinin 228.1 maddəsilə (odlu silah saxlama) ittiham irəli sürülüb və haqqında 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Hacı Cavid oktyabrın 17-də Nəsimi RPİ tərəfindən həbs edilib. Vəkillərinin vəsatətlə çıxış etdiyi 2 noyabr 2012-ci il apelyasiya şikayəti qəbul etməyən prosesdə Bakı Apelyasiya Məhkəməsi ruhani Hacı Cavid Məmmədov haqqında seçilmiş 2 aylıq həbs-qətimkan tədbiri qüvvədə saxlayıb.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!