Bu il 2318 nəfərə Yusif, 1614 nəfərə Əli, 1613 nəfərə isə Hüseyn adı verilib
Azərbaycanda 2012-ci ildə doğulan körpələrə qoyulan adlar arasında Yusif və Zəhra adları üstünlük təşkil edib.
Ədliyyə Nazirliyindən APA-ya verilən məlumata görə, 2012-ci il ərzində doğulan oğlan uşaqlarından 2318 nəfərə Yusif, 1614 nəfərə Əli, 1613 nəfərə isə Hüseyn adı verilib. Cari ildə doğulan qız uşaqlarına qoyulan adlar arasında Zəhra adı üstünlük təşkil edib. Belə ki, 2127 qız uşağına Zəhra, 2115 qıza Nuray, 1703 qıza isə Fatimə adı verilib.
Qeyd edək ki, ötən il də uşaqlara verilən adlar arasında Yusif (4011) və Zəhra (3536) adları üstünlük təşkil edilib.