Azərbaycan və MDB » İran səfiri: “Azərbaycanla İran arasında həll edilməyəcək heç bir problem yoxdur”

“İran prezidenti Mahmud Əhmədinejadın Azərbaycana səfəri həm ikitərəfli, həm də regional əlaqələr baxımdan konstruktiv keçdi”.

APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pakayin bildirib. Onun sözlərinə görə, Azərbaycanla İran arasında həll edilməyəcək heç bir problem yoxdur: “Təbii ki, bəzi ölkələr bu əlaqələrdən məmnun deyil. Ona görə də iki ölkə arasındakı yaxşı münasibətləri pozmağa çalışırlar. Ancaq İran və Azərbaycan rəsmiləri bu cür təxribatların qarşısını alırlar”.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!