Dağlıq Qarabağ münaqişəsinin həllini aktuallaşdırmaq lazımdır. Bu barədə cümə axşamı Bakıda jurnalistlərə Latviyanın sabiq prezidenti Valdis Zatlers deyib.
"Biz həmişə Dağlıq Qarabağ münaqişəsinin diplomatik və sülh yolu ilə həllinin tərəfdarı olmuşuq, lakin bu məsələni hər il aktuallaşdırmaq lazımdır. İstənilən dondurulmuş münaqişə həll edilməsi tələb olunan problemdir", - Zatlers qeyd edib.