Orta şərq » Xarici işlər naziri: "İranla ABŞ-ın düşmənciliyi əbədi deyil"
Mayın 4-də bir qrup tələbə ilə görüşdən sonra jurnalistlərə açıqlama verən İranın xarici işlər naziri Mənuçehr Mottaki ölkəsinin ABŞ-da həqiqi dəyişiklik müşahidə edəcəyi təqdirdə ona müsbət yanaşacağını bildirib.

M.Mottaki deyib: “Biz ABŞ hökumətinin davranış və hərəkətlərini araşdırırıq və həqiqi dəyişiklik müşahidə etsək, onu müsbət qarşılayacağıq”. 

M.Mottaki ABŞ prezidenti Barak Obamanın siyasətinə də toxunub: “İranla ABŞ arasındakı mövcud vəziyyət və problemlər bu iki ölkənin bir-birinə əbədi düşmən olacağı anlamına gəlməməlidir. Obama açıq-aydın ABŞ-ın keçmiş hökumətlərinin uğursuz siyasətlərini etiraf edir. Əlbəttə, dərdi müəyyənləşdirmək müalicənin yarısı deməkdir. Qalan yarısı isə düzgün dava-dərman və müalicə üsullarından istifadə etməyə aiddir”. «Media forum»


Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!