Terrorçu rejim qəzəblənib
Cəbhə xəttində atəşkəsin pozulması ilə bağlı xəbərləri Müdafiə Nazirliyi nə təsdiq, nə də təkzib etdi. Nazirliyin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev "Publika"ya açıqlamasında cəbhədəki vəziyyətlə bağlı sabah məlumat verəcəklərini bildirdi.
Ramil Səfərovun vətənə qayıtma xəbərindən sonra Ermənistan tərəfi müxtəlif istiqamətlərdə cəbhə xəttində atəşkəsi pozub.
Məlumatlara görə, Ramil Səfərovun Azərbaycana qayıtma xəbəri Ermənistanda ciddi qarşıdurma yaradıb.
Erməni prezident Sarkisyan bu gün, Ermənistan təhlükəsizlik şurasının fövqəladə iclasını çağırıb.
Erməni KİV-lərinin verdiyi məlumata görə, ölkədə ağırlaşan ictimai-siyasi vəziyyəti müzakirə etmək üçün hazırda prezident sarayında iclas keçirilir.
Ermənistan mətbuatı belə bir xəbər də yayıb ki, bəzi siyasi partiyalar hökumət qarşısında müharibə tələbi qoyublar.
Cəbhə xəttində isə Ermənistan silahlı qüvvələri tərəfindən gərginlik yaradılır.