Qoşulmama Hərəkatına üzv ölkələrin Tehranda keçirilən XVI zirvə toplantısının ikinci günü İran prezidenti Mahmud Əhmədinejadın sədrliyi ilə başlayıb
APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, çıxış etmək üçün 63 nəfər müraciət etsə də, 40 iştirakçıya söz veriləcək. Bu gün nahardan sonra sammit işini yekunlaşdıracaq və yekun Bəyannamə qəbul ediləcək.
Qeyd edək ki, Tehran sammiti 120 ölkənin dövlət başçısı və nümayəndəsinin iştirakı ilə dünən işə başlayıb. Sammitin birinci günü 20 nəfər çıxış edib.