![](/up/news/article/casus_livanda.jpeg)
Livandan yayımlanan Əl-Mənar telekanalı, İsrailə cəsusluq edən 1 şəbəkənin üzvü olan 3 nəfərin həbs olunduğunu ifadə edərək, 2 qardaşın Sultaniyədə 1 nəfərin də Livanın cənubundakı Dəyər Antara bölgəsində həbs olunduğunu qeyd edib.
Livan təhlükəsizlik hərbiçilərinin keçən həftə də Livan daxili təhlükəsizlik xidmətində kəşfiyyat personalı olaraq işləyən Heysəm Əs-Səmhərani adlı bir çavuşun həbs etdiyini ifadə edən əl-Menar telekanalı, Səmhəraninin sorğusundan sonra yeni şəxslərin tutulduğunu və beləcə son bir ay ərzində İsrailə cəsusluq fəaliyyətlərində olan 16 şəbəkənin ortaya çıxarıldığını ifadə edib.
İslam-Azeri.az