Azərbaycan və MDB » Ramin Bayramov azad olundu

Baş redaktor vaxtından əvvəl azadlığa buraxılıb

Bu gün Abşeron Rayon Məhkəməsində İslamazeri.az internet qəzetinin baş redaktoru Ramin Bayramovun vaxtından əvvəl azadlığa buraxılması barədə müraciətinə baxılıb. İslamazeri.az-ın verdiyi xəbərə görə, R. Bayramovun müraciəti təmin edilib, o, vaxtından əvvəl azadlığa buraxılıb.

16 saylı həbsxanadan saat 15:00-da buraxılacağı gözlənilən Ramin Bayramov bir qədər gec 18:30 radələrində buraxılıb. Onu qarşılamaq üçün jurnalistin ailəsi, dostları və inanclı insanlar həbsxananın qarşısına toplaşıb.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!