Yaxın şərq » "Netanyahu! İrana hücumdan əvvəl hər kəslə vidalaş!"

Yəhudi mətbuatı İsrail baş nazirinə belə müraciət edib

İsrailin məşhur "Haaretz" qəzetinin köşə yazarı Bredli Buston yeni yazısında belə bir ifadə işlədib. 313news.net-in "Fars" xəbər agentliyinə istinadlı məlumatına görə, jurnalist İranla müharibənin İsrailin sonu olacağını qeyd edib.

Jurnalist yazısının davamında qeyd edir: "Mən İranla müharibə barəsində fikirləşərkən qərara gəldim- bu, "Netanyahunun müharibəsi" olacaq! Cənab Netanyahu! İranı bombalamamışdan əvvəl tanıdığın hamı ilə vidalaş. Sevdiyin hər kəslə vidalaş. Çünki onları son dəfə görmüş olacaqsan. Mən əminəm ki, sən onların (iranlıların) cavab hücumları qarşısında dayana bilməyəcəksən!".

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!