313news.net-in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, 2012 London Olimpiadasının loqosunda ingilis dilində "Sionist" kəlməsinin kökü olan və ibrani dilində İsrail üçün istifadə edilən "ZİON" kəlməsinin gizli olması iddiası ortaya atılıb.
İngiliscə fəaliyyət göstərən Press TV-nin internet saytında yer alan xəbərə görə, loqoda gizli olan bu kəlmənin Sionist lobbinin olimpiadalarla əlaqadar qərar alma mexanizmlərindəki təsirinin bir işarəsi olduğu ifadə edildi.
Xəbərdə 400 min sterlinq qarşılığında Volf Olins tərəfindən hazırlanmış loqonun İngiltərə mətbuatında həm dəyəri, həm də sadəliyi səbəbindən mübahisə yaratdığı xatırladılaraq, qeyd edildi ki, "Loqonu tənqid atəşinə tutanlar Londonun simvollarının, coğrafi və milli təsvirlərin loqoda olmadığını söyləyirlər."
Xəbərdə bəzi analitiklərin loqoda "ZİON" kəlməsinin gizli olduğuna inandıqları da vurğulanaraq, bəzi ingilis millət vəkillərinin son zamanlarda İsraildən rüşvət aldığı ilə əlaqədar xatırladıldı.