Hansı dövrdə belə bir amansız qırğınlar baş verib? Məlumatınız varmı? Nə üçün sükut edirsiniz? Nə üçün etiraz etmir və səsinizi — «daha qardaş qırğını bəsdir» — deyə ucaltmırsınız?
Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Ayətullah əl-uzma Məkarım Şirazinin İslam ölkələrinin tanınmış din xadimlərinə açıq məktub ünvanlayıb.
Açıq məktubun mətni belədir:
Bismillahir-Rəhmanir-Rəhim
Əssəlamu ələykum və rəhmətullahi və bərəkatuh!
Sizin — İslamın böyük şəxsiyyətlərinin itaət və ibadətlərinin qəbul olmasını Tanrıdan diləyirəm.
Sözsüz, bu gün İslam dünyasının problemləri haqqında məlumatınız var. Bilirsiniz ki, tarix boyu müsəlmanlar arasında bugünkü şəklidə amansız qırğınlar olmayıb. Allah ziyafəti mübarək Ramazanda — dostluq və rəhmət ayında, günahsızları, uşaqları və qadınları, qətlə yetirmək görünməmiş hadisədir. İraqda bir gündə baş verən 16 dəhşətli partlayışda, 300 — dən çox ölən və yaralanan var. Belə terror aktları hər gün müxtəlif miqyaslarla təkrar olunur. Pakistanda, Əfqanıstanda, Bəhreyndə və ən dəhşətlisi Suriyada da eyni hadisələrin şahidiyik. Oraya göndərilmiş İsrail, CİA və bəzi İslam ölkələrinin muzdurları, «Azadlıq ordusu» adı altında tük ürpədici qardaş qırğını törədir.
Müxtəlif məzhəbə mənsub müsəlman qardaşlar, bir-birlərinin əlilə öldürülür. Hər gün müsəlmanlar onların parçalanmış və yerə səpələnmiş bədənlərini müşahidə edir. Avropa, Amerika və xüsusilə də İsraildə olan İslam düşmənləri isə sevinir və bunu alqışlayır.
İslam dininin mərhəmət və dostluq dini olduğunu bilirik. Quran — bizim səmavi kitabımız, bütün müsəlmanları hər zaman, xüsusilə də mübarək Ramazan ayında məhəbbət və qardaşlığa dəvət edir.
Öz müsəlman qardaşlarını (puç bəhanələrlə) qəddarlıqla qətlə yetirən bu qruplaşmalar İslam və Qurana da ən müdhiş zərbələr endirir. Onlar İslam dinini zorakılıq və vəhşilik dini kimi təqdim edir, dünyada İslamın inkişafının qarşısını alır və İslamın heysiyyətini tapdalayır.
Hansı dövrdə belə bir amansız qırğınlar baş verib? Məlumatınız varmı? Nə üçün sükut edirsiniz? Nə üçün etiraz etmir və səsinizi — «daha qardaş qırğını bəsdir» — deyə ucaltmırsınız?
İslam düşmənlərinin ‒ sionistlərin, Qərb dövlətlərinin və onların muzdurlarının İslam ölkələrində — İraqda, Suriyada və Əfqanıstanda pərdə arxası fəaliyyətlərindən məlumatlıyıq. Fürsətdən istifadə edən İslam düşmənləri Miyanmarda da müsəlmanların qanını tökür. İslam alimlərinin isə sükuta qərq olması daha təəccübüldür.
Siz, İslamın böyük alimləri, müftiləri və görkəmli şəxsiyyətləri İslam tarixində hazırkı nəslin adına mütləq qara ləkə gətirəcək bu müdhiş vəziyyət qarşısında sükut etməməlisiniz. Öz birmənalı fətvalarınız ilə yalnız İslam düşmənlərinin, İsrailin və qərblilərin xeyrinə sonuclanacaq vəhşiliklərin qarşısını almalısınız. Bu müdhiş müharibənin amilinə çevrilməsinlər deyə İslam ölkələrinin rəhbərlərinə nəsihət verin! Qurani-Kərim fəsada qurşanan bəzi keçmiş ümmətlər barəsində buyurur:
لَوْلاَ یَنْهَاهُمُ الرَّبَّانِیُّونَ وَالاَْحْبَارُ عَنْ قَوْلِهِمُ الاِْثْمَ وَأَکْلِهِمْ السُّحْتَ لَبِئْسَ مَا کَانُوا یَصْنَعُونَ
«Nə üçün onların alimləri etiraz etmədilər ?!» («Maidə» surəsi, ayə 63.)
İslam qaynaqlarında deyilir: «Bidət zahir olan vaxt alimlərə öz elmlərini aşkara çıxarmaq vacibdir, əks halda Allahın rəhmətindən uzaq olacaqlar?!»
Terror-intihar aktlarından daha böyük bidət nə ola bilər? Ayə, hədis və pak sələflərin həyat tərzində belə hallar yoxdur. Adamlar özlərinə bomba bağlayır, günahsızların arasına dalır, hətta məscidlərə daxil olub onları və özlərini məhv edirlər?! Bu dəhşətli iş, bidət deyilmi?
Bu sükut qəbuledilməzdir! Allah dərgahında, sükut etmək üçün hər hansı bir dəlilimiz də yoxdur. Bu dəhşətli cinayətlərə qarşı əzmlə mübarizə aparmaq üçün birlikdə qərara gələk! İslama və müsəlmanlara olan borcumuzu verək! Məhz bu təqdirdə Allah qarşısında vəzifəmizi yerinə yetirər, İslam düşmənlərini məyus etmiş olarıq!
Vəs-səlamu ələykum və rəhmətullahi və bərəkatu.