Orta şərq » İxtilafların azaldılması məqsədilə Məkkə iclasında iştirak edəcəyik

İranın xarici işlər naziri , Ərəbistanda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin fövqəladə zirvə toplantısında İranın iştirakına təkid edərək deyib : Bu iclasda iştirak etmək və nəzərlərimizi bəyan etməklə çalışacağıq ki , dialoqlarla ixtilafları azaldaq.

Əli Əkbər Salehi media mənsublarına açıqlaması zamanı İranın Məkkədə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin fövqəladə zirvə toplantısında İranın iştirakı haqda deyib : Bu iclasda Ərəbistan rəsmiləri ilə regionun məsələləri haqda müzakirələr həyata keçirəcəyik.

İranın XİN başçısı deyib : İran, bu müzakirələrlə ixtilafları daha da azaldıb , müştərək məsələlər və mövzulara daha artıq təkidin edilməsinə çalışacaqdır.

İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin fövqəladə zirvə toplantısının avqustun 14 və 15-də Məkkə şəhərində keçirilməsi qərara alınıb.

IRIB

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!