Suriya prezidenti Bəşər Əsəd Vail Nadir əl-Xalqinin baş nazir təyin olunması barədə fərman imzalayıb.
Xalqi bu vəzifədə İbrahim Qalavançını əvəz edəcək. Keçmiş baş nazir Riad Fərid Hicab 3 gün əvvəl vəzifəsindən azad olunduqdan sonra onun səlahiyyətlərini müvəqqəti olaraq Ömər İbrahima Qalavançı yerinə yetirirdi.
Xatırladaq ki, İordaniya mənbələri Riad Hicabın bu ölkəyə qaçdığını iddia edirlər.
APA