313news.net-in FaktXeber.com-a istinadən verdiyi məlumata görə, İsveçdə Təhlükəsizlik Nazirliyi müsəlman qadınların polis olmasına icazə verən qanun imzalayıb.
Bundan sonra ölkədə hicablı qadınlar əgər polis olmaq istəsə, heç bir əngəllə qarşılaşmayacaq. Artıq hicablı polislərin geyimini hazırlayacaq stilist də müəyyən olunub.
Qeyd edək ki, İsveç Milli Polis Təşkilatı, stilist İman Aldebe ilə razılaşaraq polis formasına uyğun olan hicabların hazırlanmasını ona həvalə edib. Stilist tərəfindən hazırlanacaq hicablar, polis qadınların eşitmə qabiliyyətinə maneə yaratmayacaq və onları havasız buraxmayacaq. Verilən məlumata görə, artıq İsveçdə polis olmaq istəyən bir hicablı qadın namizəd var.