Yaxın şərq » Cümə axşamı Qətif şəhəri Ali-səud sülaləsi əleyhinə aksiya keçirdib

Minlərlə əhali cümə axşamı gecə saatlarında Qətif şəhərində Ali-səud sülaləsi əlehinə möhtəşəm etiraz aksiyası keçirib.

Fars informasiya agentliyinin verdiyi məlumata görə Ərəbistanın şərqində yerləşən Qətif məntəqəsinin əhalisi mübarək Ramazan ayının ilk cümə axşamını Ali-səud sülaləsi əleyhinə etiraz aksiyası ilə qeyd edib.

Minlərlə əhali həmin aksiyada Ali-səud əleyhinə şuarlar səsləndirib, Şeyx Nəmr Baqir Əl-Nəmr-in azad edilməsini tələb ediblər.

Ayətullah Şeyx Nəmr iki həftə öncə öz əkin sahəsindən evinə döndüyü zaman Səudiyyə məmurları tərəfindən atəşə məruz qalaraq ayaq nahiyəsindən ağır yaralanaraq təcridxanaya köçürülmüşdür.

IRIB

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!