Suriya xarici müdaxilənin baş verəcəyi təqdirdə, kimyəvi silah tətbiq edə bilər.
Trend-in "əl-Cəzirə" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Suriya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Cihad əl-Məqdissi bəyan edib.
"Hazırkı mərhələdə Suriya kimyəvi silah tətbiq etmir. Lakin xarici müdaxilə olarsa, Dəməşq buna gedə bilər", - əl-Məqdissi bildirib.