Silah » Ermənistan silahlıları dünən və bu gecə doqquz istiqamətdə atəşkəsi pozublar

Ermənistan silahlıları dünən və bu gecə doqquz istiqamətdə atəşkəsi pozublar.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə; İcevan rayonunun Berkaber kəndində; Füzuli rayonunun Qorqan; Ağdam rayonunun Sarıcalı, Şıxlar, Qaraqaşlı; Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında, Cəbrayıl və Gədəbəy rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozub.

Düşmən cavab atəşi ilə susdurulub.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!