İran parlamenti Hörmüz boğazının bağlanması barədə qanun qəbul edib. 290 deputatdan 150-si qanunun lehinə səs verib.
Prezident tərəfindən təsdiq olunduqdan sonra qanun qüvvəyə minəcək.
İran bu addımı neftin ixracını qadağan edən sanksiyalara cavab olaraq atdığını iddia edir.
«Əgər sanksiyalar götürülməsə, onları tətbiq etmiş ölkələr Hörmüz boğazını keçə bilməyəcəklər», deyə parlamentin üzvü Kərim Qüdsi bildirib.
Qüdsi ABŞ donanmasının İrana Hörmüz boğazını bağlamaqda mane ola bilməyəcəyini vurğulayıb.
İki gün əvvəl Pentaqon rəhbəri Leon Panetta ABŞ qoşunlarının İranın Hörmüz boğazını bağlamasına mane olacaqlarını bildirmişdi.
Bir həftə öncə isə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri neftin Hörmüz boğazından yan keçməklə nəqlinə imkan verən boru kəmərlərini istismara veriblər.
APA