Təlimlərdə Quru Qoşunları və Hərbi Hava Qüvvələri iştirak edir.
Azərbaycan Ordusu cəbhə bölgəsində növbəti genişmiqyaslı hərbi təlimlərə başlayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 9-dan başlayan təlimlər həftənin sonuna qədər davam edəcək.
Müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin komandanlığı altında keçirilən təlimə Quru Qoşunları və Hərbi Hava Qüvvələrinin şəxsi heyəti cəlb olunub.
Təlimlərdə müasir texnika və silahlardan istifadə olunacağı nəzərdə tutulur.
APA