Silah » Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atışma olub, ordumuzun iki hərbçisi yaralanıb

Düşmən ordusunun isə bir əsgəri məhv edilib, dördü yaralanıb.

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atışma olub. APA-nın məlumatına görə, hadisə cəbhənin Ağstafa rayonu istiqamətində qeydə alınıb. Tərəflər arasında baş verən intensiv atışma nəticəsində Ermənistan tərəfi bir itki verib, 4 nəfər yaralanıb. Bu barədə məlumatı Ermənistanın Müdafiə Nazirliyi də mətbuata təsdiqləyib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu isə APA-nın sorğusuna cavabında bildirib ki, təmas xəttində baş vermiş atışma zamanı Azərbaycan Ordusunun iki hərbçisi – Cəlal Alıyev və Urfan Vəliyev güllə yarası alıblar.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!