Bu barədə Şamaxı rəsədxanası məlumat verib.
Şamaxı astrofizika institunun məlumatına görə, bu il mübarək Ramazan ayı iyulun 21-i başlayacaq. "1news" xəbər verir ki, orucluğun başlaması ilə yekun tarix Qafqaz Müsəlmanları İdarəsinin qərarından sonra məlum olacaq. Məlumata əsasən, iyulun 17-si qazılar şurasının iclasında bu məsələ ilə bağlı yekun fikir bildiriləcək.
Məlumatda bildirilir ki, ola bilsin ki, qeyd olunan tarixdə yeni Ay adi gözlə yox, optik vasitələrlə müşahidə olunsun.
Qeyd edək ki, müqəddəs İslam şəriətində ayın başlanğıcı hilalın birbaşa müşahidəsinə əsaslanır.