Rumıniya parlamenti ölkə prezidenti Trayan Beseskunun impiçmentinə səs verib.
Qaynar.info-nun “Associated Press”ə istinadən verdiyi məlumata görə, prezidentin vəzifədən uzaqlaşdırılmasına 432 deputatdan 258-i səs verib. Rumıniya qanunvericiliyinə görə, Trayan beseskunun prezidentlikdən kənarlaşdırılması üçün iyulun 29-da keçiriləcək referendumda vətəndaşların əksəriyyəti parlamentin qərarını dəstəkləməlidir. Referendumadək dövlət başçısının vəzifələrini Sneatın spikeri Krin Antonesku icra edəcək.
Trayan Beseskunun hakimiyyətdən uzaqlaşdırılması təşəbbüsü ilə parlamentdə çoxluğa malik olan sosialistlər və liderallar koalisiyası çıxış edib. Onlar prezidenti konstitusiyanı pozmaqda və hökumətin normal fəaliyyətinə mane olmaqda ittiham edirər.
Qeyd edək ki, əhali arasında büdcə xərclərinin azaldırması və ölkədəki aşağı həyat səviyyəsindən narazılıq üzündən bir neçə aydır Rumıniyada kəskin siyasi böhran müşahidə olunur. İlin əvvəlində iki hökumət istefaya göndərilib. Sonuncu dəfə isə müxalifət təmsilçisi baş nazir təyin edilib.
Siyasi qeyri-sabitlik iqtidaryönümlü Demokratik Liberal Partiyasının müxalifədə keçməsinə səbəb olub. Beləliklə, Trayan Besesku həm parlament çoxluğu, həm də hökumətə qarşı müxalifətdə qalıb.
Trayan Besesku 2004-cü ildən Rumıniya prezidentidir. 2007-ci ildə parlament onu vəzifədən kənarlaşdırmağa cəhd edib. Lakin referendumda əhalinin 75 faizi prezidenti dəstəklədiyindən, onun hakimiyyətdən uzaqlaşdırılması baş tutmadı.