Yaxın şərq » Bəşər Əsəd: "Hal-hazırda sözün əsl mənasında müharibə şəraitindəyik."

Suriya dövlət başçısı Bəşər Əsəd yeni kabenetin andiçmə mərasimində deyib: "Hal-hazırda sözün əsl mənasında müharibə şəraitindəyik."

Suriya xəbər agentliyi (SANA) xəbər verir ki, yeni kabenetin andiçmə mərasimində Bəşər Əsəd çıxış edərək deyib: "Hal-hazırda sözün əsl mənasında müharibə şəraitindəyik və belə bir şəraitdə bütün siyasətlər, göstərişlər və sektorlar bu müharibədə qələbə qazanılması istiqamətində yönləndirilməlidir."

Əsəd həmçinin onu tənqid edən və vəzifədən getməyə səsləyən ölkələri də qınayaraq sözlərinə belə davam edib: "Qərb hər zaman alar, amma verməz. Bu, bütün dövrlərdə isbat edilmişdir." Daha sonra deyib: "Suriya bütün ölkələrlə yaxşı münasibətlər qurmaq istəyir, lakin biz real maraqlarımızın harda ödəndiyini bilməliyik."

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!