
Elman Abdullayev: “Azərbaycan hər zaman qardaş Türkiyəni dəstəkləyir”
“Azərbaycan Türkiyə ilə Suriya arasında baş vermiş insidenti pisləyir”. APA-nın  xəbərinə görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat  xidmətinin rəhbəri Elman Abdullayev deyib. O bildirib ki, bu hadisə  gərginliyin aradan qaldırılması və münasibətlərin yaxşılaşmasına xidmət  etmir: “Bu cür hadisələr dəqiq və ciddi şəkildə araşdırılmalıdır.  Azərbaycan tərəfləri bu olayla bağlı təhqiqat aparmağa çağırır”.  
 
 E. Abdullayev qeyd edib ki, Azərbaycan hər zaman qardaş Türkiyəni dəstəkləyir. 
 
 Xatırladaq ki, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-4 silahsız  kəşfiyyat təyyarəsi iyunun 22-də qısa müddətə Suriyanın hava  sərhədlərini pozduqdan sonra beynəlxalq hava məkanında Suriya hava  hücumundan müdafiə sistemləri tərəfindən vurulub. Təyyarənin iki  pilotunun öldüyü güman olunur.