
"Ayətullah Sistaninin evi yoxdur"
İslamazeri.az-ın Şəfəq Xəbər Agentliyinə istinadən verdiyi xəbərə görə,  Ayətullah Sistaninin Avropa və Amerika üzrə nümayəndəsi Seyid Kəşmiri,  şiələrin dünyada xüsusilə Avropada hörmətli sahib olduqlarını ifadə  edərək, müsəlmanların pis tanınmasına səbəb olan həddindən artıq ifratçı  qrupların məntiq və davranışlarını qınayıb. 
İslam dinini Qərbə  izah etməyin zamanının çoxdan gəldiyini bildirən Kəşmiri, bunun üçün  məntiqli hərəkət edilməli olduğunu və İslamı doğru-düzgün şəkildə  çatdırmaq üçün yalnız Əhli-Beyt məktəbindən faydalanmağın zəruriliyini  önə çəkib.   Höccətül İslam Seyid Kəşmiri, Ayətullah Sistaninin sadə  həyatı, hadisələr mövzusundakı dəqiq təhlilləri, beytülmal mövzusundakı  həssaslığını nümunə olaraq göstərib. Ayətullah Sistaninin gənclərə  tövsiyəsinin iman, elm, elm əhli ilə ünsiyyətdə olmaq, xalqa qarşı  şəfqətli olma və ana dilinin qorunmasının, olduğunu bildirən Kəşmiri  islam dininin təbliğində bunların önə çəkilməli olduğunu qeyd edib. Onun  sözlərinə görə, hazırda Əhli-Beyt məktəbinin tanıdılması üçün hər hansı  maneə yoxdur. Digər məzhəb mənsubları ilə şiələrin arasında da hər  hansı bir ixtilafın olmadığını deyən Seyid Kəşmiri bəzi mətləblərə  aydınlıq gətirib.  
 “Bəzi qruplar və İslam düşmənləri şiələrin bu  cür yüksəlişini təxmin edə bilmirdilər. Nəcəfin mövqeyinin yox olacağını  düşünürdülər. Halbuki Ayətullah Sistaninin vücudu Nəcəfi qorudu. Şiənin  mövqeyini zəiflədə, yüksəlişinin qarşısına ala bilməyəcəklərini görəndə  isə düşmənlər bu dəfə də əllərindən gələn hər cür əxlaqsız yola  müraciət etməyə başladılar. Şiənin dini mərciyyət mövqeyinin təsirini  azaltmaq üçün böhtan və qarayaxma kampaniyasına başladılar. Lakin buna  da nail ola bilmədilər.   
“İngiltərə, Amerika, Almaniya, İsveçrə, Hollandiya başda olmaqla bütün Avropada mərkəzlərimiz var” 
Eyni  zamanda “Avropa İmam Əli (ə) Müəssisəsi”nin də rəhbəri olan Seyid  Kəşmiri, İngiltərədə "İmam Əli (ə)" "İmam Həsən (ə)" və "İmam Cavad (ə)"  müəssisələrini açdıqlarını yaxında İmam Rza (ə) mərkəzinin də açılışını  edəcəklərini söyləyib. Avropa və Amerikadakı digər mərkəzlər haqqında  da məlumat verən Kəşmiri deyib ki, Hollandiyada "Əl-Küfə" təhsil  araşdırma mərkəzi, İsveçrədə mədəniyyət mərkəzi, Amerikada "İmam Mehdi"  müəssisəsi fəaliyyət göstərir. Bundan başqa  Almaniyada mədəniyyət və  təhsil mərkəzləri var ki, burada əsas hədəf islam dininə və insanlara  xidmət etməkdir.  
“Ayətullah Sistaninin cəmi iki paltarı var”   
Seyid  Kəşmiri Ayətullah Sistaninin beytülmaldan əsla istifadə etmədiyini sadə  bir həyatı olduğunu söyləyib: "Ayətullah Sistaninin illərdir cəmi iki  ədəd ruhani paltarı var, israf mövzusunda çox həssasdır. Londona göz  əməliyyatı üçün gələndə beytülmaldan xərclənməsinə əsla icazə vermədi.  Kiçik bir yer kirayəyə götürdük, orada ziyarətçilərini qəbul etdi.  Xüsusilə gənclərin Avropada yeni texnologiya öyrənərək öz ölkələrinə  faydalı olmaları mövzusunda tövsiyələri oldu."   
“Əvvəlcə Qum və Nəcəfdəki bütün fəqihlərə ev alın sonra növbə mənə çatanda düşünərik”  
 Ayətullah Sistaninin yaşadığı kiçik evi haqqında da məlumat verən  nümayəndəsi bunları deyib: "Bir imkanlı şəxs Ayətullah Sistaniyə  yaşadığı evin çox köhnə və kiçik olduğunu və icazəsi ilə ona yeni ev  almaq istədiyini deyib. Lakin Ayətullah Sistani bu təklifi qəbul  etməyərək Qum və Nəcəfdəki fəqihlərin hamısına ev ala bilsə ondan sonra  özünə növbə çatanda düşünə biləcəyini deyib. Ayətullah Sistaninin özünün  evi yoxdur. Olanlarının da hamısı vəqf edilmiş yerlərdir."  
Ayətullah  Sistaninin uşaqları haqqında da danışan Seyid Kəşmiri, onun  övladlarının saleh və alim insanlar olduğunu, xüsusilə büro məsulu böyük  oğulu Seyid Məhəmməd Rzanın Ayətullah Xoyinin tələbələrindən olduğunu,  ali səviyyə ictihad və fiqh dərsləri verdiyini söyləyib.