
Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov hesab edir ki, Azərbaycanla İran arasında mövcud olan problemlər yoluna qoyulacaq
“Biz elə bir formul tapacağıq ki, dünyəvi dövlət dini dövlətlə sülh  şəraitində yaşayacaq. Biz fəxr edirik ki, müsəlmanıq və dünyəvi  dövlətik”, - Trend-in  məlumatına görə, bunu Həsənov İran-Azərbaycan münasibətlərinə dair  ABŞ-ın nüfuzlu "The New York Times" qəzetinə açıqlamasında deyib. Bu  barədə müəllif David M.Herszenhorn məqaləsində yazır.
Bakıda hələ də ABŞ səfirinin olmamasına münasibət bildirən PA rəsmisi deyib ki, ABŞ səfirinin olmaması müəyyən problem yaradır.
“Biz  ABŞ səfiri ilə məsləhətləşmələr apara bilmirik. Amerikalılar Azərbaycan  kimi ölkəni belə asanlıqla itirə bilməzlər. Onlar Azərbaycanı təkbaşına  buraxa bilməzlər”, - Həsənov əlavə edib.
Müəllif yazıda qeyd  edib ki, Qəbələ Radiolokasiya Stansiyasının (RLS) Rusiyaya icarəyə  verilməsi haqqının 300 milyon dollara qaldırılması məsələsinə münasibət  bildirən Əli Həsənov bunu əmlak qiymətlərində ciddi artımın olması ilə  əlaqələndirib.