Azərbaycan İrandakı fövqəladə və səlahiyyətli səfiri Cavanşir Axundovu Bakıya çağırıb
Məlumatı APA Azərbaycanın İrandakı səfirliyinə istinadla yayıb.
Məlumatda bildirilir ki, səfir Bakıya məsləhətləşmələr üçün çağırılıb. Məsləhətləşmələrin nə ilə bağlı olduğu açıqlanmayıb.
Qeyd edək ki, İranın Azərbaycandakı səfiri də məsləhətləşmələr üçün Tehrana çağırılıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib ki, XİN İrandakı səfiri məsləhətləşmələr üçün Bakıya dəvət etməyib.
Onun sözlərinə görə, səfir Cavanşir Axundov öz şəxsi problemləri ilə əlaqədar Bakıya gəlib.