
"İranın Ali dini lideri Ayətullah Seyid Əli Xamneyinin Azərbaycanda təhqir olunması barədə deyilən iddiaların heç bir əsası yoxdur"
Bunu Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) icra  katibinin müavini Mübariz Qurbanlı bildirib. O deyib: "Azərbaycan  hakimiyyəti və xalqı hər zaman İranın Ali dini liderinin hörmətini  saxlayıb. Ayətullah Seyid Əli Xamneyi müsəlman aləmində çox tanınan  nüfuzlu şəxs olduğu üçün Azərbaycanda ona böyük hörmət bəslənilir. O  milliyətcə azərbaycanlıdır və biz hər zaman bununla fəxr edirik. Ulu  öndər Heydər Əliyev də dəfələrlə İranın Ali dini lideri Ayətullah Seyid  Əli Xameneyi ilə görüşüb və hər görüşdə Azərbaycan-İran dostluq  münasibətlərindən söhbət açılıb”.
 
 Xatırladaq ki, İranın Azərbaycandakı səfirliyi mayın 11-də gənclərin  Bakıda keçirdiyi aksiyada Ali Dini lider Ayətulla Xamneyinin təhqir  olunduğunu bəyan edib. /SalamNews/