
Barak Obama büdcə ilə bağlı təkliflərində belə fikir səsləndirib
ABŞ prezidenti Barak Obama Konqresdə büdcə ilə bağlı müraciətində  Ermənistana göstərilən iqtisadi yardımı 19 faiz azaltmağı təklif edib.  ANS PRESS-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, bu  barədə Amerika Ermənistan Milli Komitəsi (ANKA) informasiya yayıb. 
 
 Bununla bərabər, Obama admnistrasiyası Türkiyənin güclü qlobal tərəfdaş  kimi rolunun artmaqda davam etməsi ilə bağlı bu ölkədə beynəlxalq hərbi  təhsil proqramının həyata keçirilməsi üçün əlavə 3,6 milyon dollar  ayırmağı təklif edib.
 
 İlkin olaraq Barak Obama Ermənistana yardımların 32 faiz azaldılmasını  təklif edib. Konqres Ermənistana 40 milyon dollar yardım ayırmağı  nəzərdə tutsa da, o  27,219 mln dollar  tövsiyə edib. Bu, təklif  etdikləri rəqəmdən 12,8 milyon dollar azdır. 
 
 Bu məbləğə daha əvvəl təsdiqlənmiş narkotik qaçaqmalçılığı ilə mübarizə  və hüquq-mühafizə sisteminin inkişafına ayrılan 2,824, səhiyyəyə dair  qlobal proqramların gerçəkləşməsinə ayrılan 2,5 mln dolları əlavə  etdikdə Ermənistana ayrılan yardımın məbləği 19 faiz azalmış olur.