Tunis hökuməti Suriya hökumət qüvvələrinin Xüms şəhərinə hücumundan sonra Suriya səfirini ölkədən çıxarmaq qərarına gəlib
«Xümsdə yüzlərlə insanın ölümü ilə nəticələnmiş repressiyalardan sonra Tunis Suriya səfirini ölkədən çıxaracaq və Dəməşq rejimini tanımayacaq», deyə hökumətin bəyanatında bildirilir.
Tunis rəhbərliyi son 9 ay ərzində prezident Bəşər Əsədə loyal qüvvələr tərəfindən həyata keçirilən kütləvi qətllərlə bağlı dərin narahatlıq keçirdiyini bəyan edib.
«Bu faciədən yeganə çıxış yolu Əsəd rejiminin yıxılması və Suriyada demokratik dəyişikliklərin başlanmasıdır», deyə bəyanatda vurğulanır.