
Bakıdakı Fransaya etiraz səsləndirilib
Beynəlxalq Diaspor Mərkəzi, Azərbaycan Vətən Müharibəsi Veteranları  Birliyi, Əslsiz erməni iddiaları ilə mübarizə Dərnəyinin Azərbaycan  nümayəndəliyi, Azərbaycan-Türkiyə Gənclərinin Dostluq Cəmiyyəti şənbə  günü Fransanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası  keçirib.
Trend-in  məlumatına görə, 50-60 nəfər aksiya iştirakçısı "Fransa stop!",  "Sarkoziyə ar olsun!", "Azərbaycan və Türkiyə birdir və bir olacaq",  "Fransa şaşırma, səbrimi daşırma!" kimi şüarlar səsləndiriblər.
Aksiya iştirakçıları Fransa səfirliyinə müraciət qəbul ediblər.
Müraciətdə  bildirilib ki, Fransa Senatının 107 il öncə baş vermiş tarix hadisələri  siyasiləşdirərək qondarma soyqırım kimi tanınması və bunu  tanımayanların cərimə olunması və 2 ilədək azadlıqdan məhrumetmə  cəzasının verilməsi ilə bağlı qanunu qəbul etməsi biabırçılıqdır.
Fransa  Milli Assambleyası qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət  məsuliyyətini nəzərdə tutan qanun layihəsini qəbul edib.
Fransa parlamentinin 577 deputatından səsvermədə 45-i iştirak edib. Bu 45 deputatdan 38-i lehinə, 7-si isə əleyhinə səs verib.
Senatın qanun layihəsini yanvarın 23-də keçiriləcək iclasın gündəliyinə salacağı gözlənilir.
Qanun  layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək  azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə  tutur.
Bu qərara cavab olaraq Türkiyə Fransa ilə bütün diplomatik münasibətləri dondurduğunu elan edib.
Ermənistan  və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti  1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib.  Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci  il qondarma "soyqırım"ı tanıyıblar.