Azərbaycan və MDB » Azərbaycanın dövlət saytları dağıdıldı

Nazirliklərin saytları dağıdıldı

Azərbaycanın dövlət qurumlarının və hökumət strkturlarının İnternet saytlarına total haker hücumu başlayıb. Bununla bağlı “Qafqazinfo”ya demirel8@inbox.ru ünvanından məlumat daxil olub. Məlumatda bu ifadələr yer alıb: “Hiyləgərlərin hiyləsini puça çıxaran Allahın adı ilə! On ildən artıqdır ki, ABŞ, Qərb və İsrailin kəşfiyyat orqanları ilə əməkdaşlıq edən bəzi media qurumları, veb-saytlar İslam müqəddəsliklərinə qarşı ləyaqətsiz savaşa qalxıb. Müqəddəsliklərin müdafiəsi hər bir inanclı müsəlmanın əqidə borcudur. Bir qrup İslamçı veb-mühəndis düşmənlərin virtual hücumlarına cavab vermək qərarına gəlib. Bu günlərdə anti-islam saytların yaşayacağı problemləri bir cavab olaraq qəbul edin”. 

Hazırda Rabitə və İnformasiya Texnologiaları Nazirliyinin Məlumat-İnformasiya Mərkəzinin www.rabita.az, Konstitusiya Məhkəməsinin constcourt.gov.az və Yeni Azərbaycan Partiyasının yap.org.az saytları dağıdılıb.

Trend İnformasiya Agentliyinin də saytı da haker hücumuna məruz qalıb. Sayta yuxarıdakı şəkil yerləşdirilibmiş. Saytın fəaliyyəti yenidən bərpa edilib.

Dağıdılan saytların içərisində faktxeber.az-da var. Saytdan  bildiriblər ki, bu gün edilən 16 hücumla saytın İP ünvanı bloklaşdırılıb: “Hazırda saytın İP ünvanına qarşı edilmiş blok sındırılıb. Saytın bərpası yönündə işlər davam etdirilir”.

Təhsil Nazirliyinin edu.gov.az saytı da bir neçə dəqiqə əvvəl sıradan çıxarılıb. Sayta İslam Partiyasının həbsdə olan keçmiş sədri Mövsüm Səmədovun hicabın qadağasına qarşı fikirləri yerləşdirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının cssn.gov.az saytı da dağıdıldı. Bir az əvvəl Dövlət Gömrük Komitəsinin http://www.customs.gov.az saytı da dağıdılıb. Həmçinin Azərtac-ın da azertag.com saytı dağıdılıb.

Hücuma məruz qalan saytların siyahısı:

www.edu.gov.az/view.php
9may.az
absheron.gov.az
www.cssn.gov.az
customs.gov.az
dmx.gov.az
din.gov.az
www.jalal-aliyev.az/view.php
dri.az
yap.org.az
www.constcourt.gov.az
data.rabita.az
content.rabita.az
www.e-hokumet.rabita.az
www.itu-pp-10.az
www.kur.az
www.rabitadunyasi.info.az
telebe.rabita.az
ict.edu.gov.az
azermarka.az
emis.edu.gov.az
plztourism.com
global-ict.mincom.gov.az
vet.edu.gov.az
rabita.az

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!