“İran Hörmüz boğazını bağlaya bilməz. Əgər rəsmi Tehran belə bir addım atarsa, onda dünya ölkələri səfərbər olub bunun qarşısını alacaq”
APA-nın məlumatına görə, bunu Səudiyyə Ərəbistanında səfərdə olan Böyük Britaniyanın baş naziri Devid Kameron jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, Hörmüz boğazı «qırmızı xətdir»: “Çünki neftin böyük hissəsi bu boğazdan keçən tankerlər vasitəsilə daşındığından bütün dünya ölkələrinin maraqlarının toqquşduğu məsələdir. Ona görə də İran Hörmüz boğazını bağlayarsa, bütün dünya ölkələri əl-ələ verib istənilən vasitələrlə onu açacaqlar”.