Afrika » Əl-Baradei geri çəkildi

Misirin aparıcı siyasətçilərindən biri olan Məhəmməd əl-Baradei prezident postu uğrunda mübarizədən çıxdığını bəyan edib

Trend-in məlumatına görə, MAQATE-nin sabiq Baş katibi Məhəmməd əl-Baradei Misirdə demokratiyanın çox aşağı səviyyədə olduğunu bildirib.

O, hərbiçilərin hakimiyyətinin fəaliyyətini tənqid edib.

Silahlı Qüvvələrin Ali Şurası Misirdə hakimiyyətə fevralın 11-də Hüsni Mübarəkin kütləvi xalq çıxışları fonunda dövlət başçısı postundan istefa verməsindən sonra gəlib. Hərbçilərə ölkəni idarə etməyi ordunun ənənəvi olaraq Misir cəmiyyətində nüfuza və etimada malik olduğunu nəzərə alan eks-prezidentin özü tapşırıb.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!