
ABŞ terrorla bağlantısı olmadığını bildirib
APA-nın  bbc.com saytına istinadən verdiyi xəbərə görə, ABŞ-ın Milli  Təhlükəsizlik Şurasının nümayəndəsi Tommi Vietol Vaşinqtonun İran nüvə  fizikinin ölümündə hər hansı əlaqəsinin olmadığını bildirib. 
 O deyib, “ABŞ-ın bu hadisəyə heç bir aidiyyəti yoxdur. Biz zorakılığın hallarını qətiyyətlə pisləyirik”.   
 
 Xatırladaq ki, İranın paytaxtı Tehranda nüvə fiziki 32-yaşlı Mustafa Əhmədi Rövşən terror aktı nəticəsində qətlə yetirilib. 
 İran onun ölümündə  ABŞ və İsrailin təqsirli bilir. Lakin bu ölkələr ittihamları rədd edirlər.