
Son aylarda ABŞ və Avropanın İranın neft sektoruna qarşı tətbiq etdiyi sanksiyalara Yaponiya da qoşulmaq qərarına gəlib
Milli.Az Reuters-ə istinadən xəbər verir ki, Tokio İrandan neft almaqdan imtina etməyə hazırlaşır.
Yaponiyanın maliyyə naziri Dzyun Azumi amerikalı həmkarı Timoti Qaytnerlə  görüşdən sonra bildirib ki, onun ölkəsi İrandan neft idxalını "ciddi  şəkildə azaldacaq". Yaponiyanın ümumi neft idxalının 10%-nin İranın  payına düşdüyünü xatırladan nazir azalmanın nə qədər olacağını  açıqlamayıb.
Qaytnerin Yaponiyadan əvvəl baş çəkdiyi Çində isə  eyni nəticə əldə olunmayıb. Pekin İran neftindən imtina etmək fikrində  olmadığını açıqlayıb.