Yaxın şərq » Maliki: "İraq, terrorist İsraili əsla tanımayacaq"
İslam-Azerinin YDH-yə istinadlı xəbərinə görə, İraqın baş naziri Nuri Əl- Maliki, İsrailin terrorist bir rejim olduğunu bildirərək İraqın sionist rejim İsraili əsla tanımayacağını qeyd edib.

Jurnalistlərin İsraillə bağlı suallarına cavab verən Nuri Əl-Maliki, "İsraili qəsbkar bir rejim olaraq görürük, İsrail terrorist bir rejimdir və terrorist kimi qalmasına da israr etməkdədir. İraqın demokratiyadan uzaq olan rejimlə əlaqə yaratması əsla mümkün deyildir" deyib.

Jurnalistlərin Amerika ilə bağlı suallarına da cavab verən İraqın baş naziri Nuri Əl-Maliki, "Amerikan əsgərlərinin İraqda qalma müddəti ABŞ hakimiyyətinin verdiyi sözün üstündə qalarsa təyin olunan müddətdə bitəcək" deyib.

Maliki onuda qeyd edib ki, ABŞ-ın cinayətkar Bəəs partiyasını hakimiyyətə gətirmək istəyi İraqı yenidən parçalanması deməkdir.

Nəzərinizə çatdıraq ki, bir neçə gün əvvəl İraqda olan yəhudi icmasının sədri, İraq torpaqlarının yəhudilərə aid olduğunu iddia edərək bu torpaqların İsrailə torpaqları ilə birləşdirilməsinin lazım olduğunu bildirmişdi.

İslam-Azeri.az


Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!