İran Hərbi-Dəniz Qüvvələrinin Hörmüz boğazının şərqindən Oman və Ədən körfəzlərinə qədər olan 2 min kilometrlik bir sahədə geniş miqyaslı hərbi manevr keçirdiyi zaman ABŞ-a məxsus hərbi gəmi peyda olub
APA-nın məlumatına görə, İran Hərbi-Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Həbibulla Səyyari deyib ki, ölkəsinin kəşfiyyat təyyarələrinin çəkdiyi şəkillərlə bunun “USS John C. Stennis” adlı hərbi gəmi olduğu müəyyənləşdirilib. ABŞ hərbi gəmisi Hörmüz boğazından Oman körfəzinə keçərkən görünüb.