
Prezidentin təşəbbüsü ilə Nazirlər Kabineti QMİ və 18 qeyri-islam təmayüllü dini icmalara maliyyə yardımının ayrılması barədə qərar qəbul edib
Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə Nazirlər Kabineti  Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) və 18 qeyri-islam təmayüllü dini  icmalara dövlət büdcəsindən maliyyə yardımı ayrılması barədə qərar qəbul  edib. Qərarla QMİ-yə 2 milyon manat, 18 qeyri-islam təmayüllü icmaların  hamısına ümumilikdə 400 min manat vəsait ayrılıb. Artıq ayrılmış  vəsaitlərin müvafiq qurumlara köçürülməsi işi yekunlaşmaq üzrədir.
 
 Qeyd edək ki, 400 min manat bu qeyri-islam təmayüllü dini icmalar arasında bölüşdürülüb:
 
 Rus Pravoslav Kilsəsinin Bakı-Azərbaycan Yeparxiyası;
 Bakı şəhəri Dağ Yəhudiləri dini icması;
 Quba rayonu, Qırmızı qəsəbə Dağ Yəhudiləri dini icması;
 Avropa Yəhudilərinin Bakı dini icması;
 Azərbaycan Yəhudiləri dini icması;
 “Sumqayıt Yəhudiləri”dini icması;
 Gürcü Yəhudilərinin Bakı dini icması;
 “Roma-Katolik Kilsəsinin Apostol Prefekturası”;
 Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icması;
 Svetlana Ağababayeva - Oğuz şəhəri Alban-Udi Xristian dini icması;
 Qax rayonu Qaxingiloy kəndi “Müqəddəs Giorgi” kilsəsi gürcü pravoslav xristian dini icması;
 Qax rayonu Əlibəyli kəndi “Müqəddəs Nino” kilsəsi gürcü pravoslav xristian dini icması;
 Bakı şəhəri “Molokan ruhani-xristian” dini icması;
 Sumqayıt şəhəri “Molokan ruhani-xristian” dini icması;
 Qobustan rayonu Hilmilli kəndi “Molokan ruhani-xristian” dini icması;
 “Yeni Həyat” Xristian İncil dini icması;
 Xilaskar Yevangelik Lüteranların Bakı dini icması;
 Bakı Krişna Şüuru dini icması. /anspress/