İranda həbs edilən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə xidmət edən casusun Böyük Britaniya ilə əməkdaşlıq etdiyi məlum olub
APA-nın məlumatına görə, bu barədə İranın “Press TV” kanalı məlumat yayıb. Kanal ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin və MOSSAD-ın agenti kimi təqdim etdiyi İran əsilli ABŞ vətəndaşı Əmir Rza Hikmətinin Böyük Britaniyanın Müdafiə Nazirliyinə çalışan "PAA Systems" hərbi şirkəti ilə də əməkdaşlıq etdiyini bildirib. “Press TV” casusun ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi ilə yanaşı, Böyük Britaniyaya məxsus hərbi şirkətdən də əmrlər aldığını və məxfi işlər üçün İrandan əvvəl Əfqanıstanda və İraqda da olduğunu bildirilib.
Qeyd edək ki, İranda həbs olunan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin casusu Əmir Rza Hikmətinin dekabrın 18-də bu ölkənin telekanallarında etiraf müsahibəsi yayımlanıb. Müsahibədə Əmir Rza Hikməti ABŞ-a casusluq məqsədilə xüsusi hazırlıq keçdiyini, İrana gəlməzdən əvvəl 2 il analitik kəşfiyyatda çalışdığını bildirib.