İranın xarici işlər nazirinin müavini Məhəmməd Əli Fətullahi belə deyib
"İran Azərbaycanın müstəqilliyini ilk tanıyan  dövlətlərdəndir. Biz Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü  hər zaman dəstəkləmişik". İran İslam Respublikasının xarici işlər  nazirinin müavini Məhəmməd Əli Fətullahi AzərTAc-a müsahibəsində belə  deyib. 
 
"Eləcə də, BMT Təhlükəsizlik Şurasına üzv seçilmək üçün namizədliyi irəli sürüləndən bəri birmənalı olaraq İran Azərbaycanı müdafiə edib. Başqa cür ola da bilməzdi. Səsvermə zamanı bir çox ölkələrin Azərbaycanı tərəddüdsüz dəstəkləməsi bir daha təsdiq edib ki, ölkəniz dünyada güclü mövqelərə malikdir. Sevinirik ki, bizə dost və ən yaxın qonşu olan ölkə - Azərbaycan BMT Təhlükəsizlik Şurasında təmsil olunmaq üçün tarixi şans qazanıb".