
Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında" qanunun tətbiqi barədə fərman imzalayıb
Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Maliyyə Nazirliyinin məlumatında deyilir.
Dövlət  büdcəsinin xərclər hissəsi 17 072 milyon manat səviyəsində təsdiq  edilib. Dövlət büdcəsinin xərcləri 16 984,4 milyon manatdan 0,5 faiz  artırılıb. Gələn il əlavə 87,6 milyon manatın ayrılması nəzərdə tutulub,  onlardan 63,6 milyon manat səhiyyə, 7,1 milyon manat təhsil, 4,6 milyon  manat mədəniyyət, incəsənət və informasiya, 4,2 milyon manat sosial  müdafiə və sosial təminat, 4,2 milyon manat ümumdövlət xərcləri, 3,9  milyon manat nəqliyyat və rabitə sahəsində xərclərin artırılmasına  yönəlib.
Əlavə xərclərdən 1,6 milyon manat gələn ildəki gəlirlər  hesabına, qalan 86 milyon manat isə büdcə kəsirinin artırılması hesabına  təmin ediləcək.
Dövlət büdcəsinin xərclərinin artırılması  nəticəsində gəlirlər əvvəl proqnozlaşdırılan 16 436,4 milyon manat  həcminə qarşı 16,438 milyard manat, büdcə kəsiri isə 634 milyon manat  təşkil edəcək. Dövlət büdcəsinin kəsiri əvvəl 548 milyon manat  səviyyəsində proqnozlaşdırılmışdı ki, bu da gələn il üçün  proqnozlaşdırılan ÜDM-in 1,3 faizini təşkil edirdi. Dəyişikliklərə  əsasən, proqnozlaşdırılan ÜDM-də dövlət büdcəsinin kəsirinin payı 0,2  faiz bənd - 1,5 faizə qədər artacaq.
Ümumi büdcənin kəsirinin yuxarı həddi 1,893 milyard manat təşkil edəcək.
Dekabrın 20-nə olan rəsmi məzənnə 0,7864 AZN/USD təşkil edir.